Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 140,8 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,8% çox yük daşınıb.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, hesabat dövründə qeyri-neft yüklərinin həcmi 8,3% artıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 55,6%-i avtonəqliyyat, 27,6%-i boru kəməri, 10,8%-i dəmir yolu, 6%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.
"Qeyri-dövlət bölməsində yük daşınması 3,4% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,1% təşkil edib", - deyə Komitədən bildirilib.
Bununla yanaşı, yanvar-avqust aylarında nəqliyyatçılar 1,033 mlrd. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,65 çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,4%-i avtomobil, 12,3%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB