"Hazırda Azərbaycan Rusiyanın 70-dən artıq regionu ilə əməkdaşlıq edir. Rusiyanın Volqoqrad vilayəti ilə də sıx əməkdaşlıqlar qurulub". SİA-nın xəbərinə görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda çıxışı zamanı deyib. O bildirib ki, yaxın gələcəkdə Azərbaycan və Rusiyanın Volqoqrad vilayəti ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Nazir vurğulayıb ki, tərəflər kənd təsərrüfatı, kimya sənayesi, turizm, tranzit daşımalar və s. sahələrdə əməkdaşlıq edə bilər.
"Bugünki forum isə Volqoqrad vilayəti ilə iqtisadi əməkdaşlığın tarixində yeni səhifə açır. Kənd təsərrüfatı məhsullarının emalı, turizm, tranzit daşımaları qarşılıqlı maraq doğuran sahələrdir. Volqoqrad vilayətinin kimya sənayesi sahəsində yaxşı təcrübəsi var və biz Sumqayıt texnoloji parkının inkişafı layihəsində vilayət nümayəndələrini görmək istərdik. Bir çox sahələrdə əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı mənfəət verə bilər", - deyə nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB