1 ildə 17% artım

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 59,1 mln. manat və ya 17,1% artaraq 379,7 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, özəl sektorda iaşə dövriyyəsinin 48,6%-i hüquqi şəxs statuslu müəssisələrin, 51,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşür: "Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,3% artaraq 188,3 mln. manat olub".

Bütün xəbərlər Facebook səhifəmizdə