İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Sumqayıt şəhəri, 16-cı mikrorayon, Axundov küçəsi, ev 2A ünvanında Anar İmamalıyevə məxsus mağazada 52 çeşiddə ümumi çəkisi 334 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimə tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB