Sərginin "Karyera" bölməsində mütəxəssislər iş axtaran gənclərə məsləhətlər verəcək və kömək göstərəcəklər. Bu sözləri AzərTAc-a müsahibəsində VI Azərbaycan Beynəlxalq və Karyera sərgisinin təşkilatçısı, "İteca Caspian LLC" şirkətinin direktoru Fərid Məmmədov söyləyib. O, bildirib ki, sentyabrın 20-dən 22-dək keçiriləcək sərgidə 20 ölkədən 90-dan çox şirkət, qurum və təşkilat öz məhsul və xidmətlərini təqdim edəcəkdir: "Keçən il sərgiyə 10 mindən artıq iştirakçı qatılıb. Mən ümid edirəm ki, bu ilki sərgi də iştirakçılar tərəfindən maraqla qarşılanacaqdır".
F.Məmmədov deyib ki, ötən ilə nisbətən bu il sərginin "Karyera" bölməsində təmsil olunan qurumların fəallığı artıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sərgidə "Karyera" sektorunda gənclərin qeyri-hökumət təşkilatları və cəmiyyətlərinin iştirakını təşkil edib. Həmçinin iştirakçılar arasında əmək bazarının müasir tələblərinə uyğunlaşma üzrə məsləhət, təlim və seminarlar təklif edən şirkətlər də vardır. İlk dəfə "Karyera" sektorunda "bp" və "Buta Sığorta" şirkətləri iştirak edəcək və onlar birbaşa sərgidə işə qəbul üzrə ilk danışıqlar aparacaqlar.
Altıncı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi tələbələr, valideynlər, əlavə ixtisasa yiyələnmək arzusunda olanlar və karyerasında yüksəlmək istəyənlər üçün ən mühüm tədbirlərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB