Moldova Respublikasının Sosial Sığorta Milli Kassasının nümayəndə heyəti Azərbaycanda səfəri başlayıb. SİA-nın xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov nümayəndə heyəti ilə görüş keçirib. S.Müslümov bildirib ki, hazırda Azərbaycan pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanan 10 sazişin tətbiqini uğurla davam etdirir. Bunlardan biri də Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişdir. İki ölkənin müvafiq qurumları arasında fərdi uçot, sosial sığorta və digər istiqamətlərdə əməkdaşlığın gələcək perspektivlərinə toxunan S.Müslümov ötən il Dövlət Sosial Müdafiə Fondu və Moldovanın Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokolun imzalandığını xatırladıb.
Görüşdə aparılan müzakirələr zamanı Azərbaycan Respublikası və Moldova Respublikasında aparılan pensiya islahatları haqqında məlumat mübadiləsinin, tərəflərin səlahiyyətlərinə aid olan məsələlər üzrə təcrübə mübadiləsinə şərait yaradacaq birgə tədbirlərin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Məcburi dövlət sosial sığorta məsələləri üzrə nümayəndə heyətləri, mütəxəssislərin
mübadiləsi və digər bu kimi sahələrdə yaxından əməkdaşlığın davam etdirilməsi üçün gələcək fəaliyyət planı nəzərdən keçirilib.
Moldova Respublikasının Sosial Sığorta Milli Kassasının nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 22-nə kimi davam edəcək. Onlar səfər zamanı "Dövlət Sosial Müdafiə Fondunun təşkilati strukturu və əsasnaməsi. Administrativ xərclər", "Dövlət sosial sığorta ödəmələrinin fərdi uçotu" - "Pensiya işlərinin elektron uçotu və monitorinq" mövzusularında təqdimatlar keçiriləcək. Nümayəndə heyəti Fondun bir sıra yerli şöbələrində yaradılımış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə yaxından tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB