Neft yenidən ucuzlaşıb

Sentyabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,16 dollar və ya 0,2% azalaraq 1 barelə görə 97,01 dollar olub.

SİA-nın verdiyi xəbərə görə, sentyabrın 12-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,56 dollar və ya 0,5% artaraq 115,96 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə