Sentyabrın 13-ü Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən Bakıda Azərbaycan-Niderland biznes forumu keçiriləcək. Azpromo-dan SİA-ya verilən xəbərə görə, biznes forum Niderland Krallığının baş nazirinin müavini, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin ölkəmizə səfəri çərçivəsində təşkil olunacaq.
Tədbirdə neft, qaz, enerji sayəsinə xidmətlər, memarlıq və şəhərlərin infrastruktur layihələri, su təchizatı və yeraltı infrastruktur, tikinti və mühəndislik, logistika, optik alətlərin təchizatı və digər sektorları təmsil edən Niderland şirkətləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB