Prospektdə geniş abadlıq işlərinə start verilib

Prospektdə geniş abadlıq işlərinə start verilib

Gəncənin ən iri prospektində geniş abadlıq işlərinə start verilib. Ən önəmli addımlardan biri avtomobil yolunun genişləndirilməsidir. SİA-nın bölgə müxbirinin məlumatına görə, artıq iki aya yaxındır ki, ərazi əsl tikinti meydançasını xatırladır.

Ərazidəki avtomlobil yolu 25 metr genişləndirilib və ən müasir formaya salınıb. Bundan əlavə təxminən 6 min paqonmetrdən artıq səki daşları yeniləri ilə əvəzəlnib. Əraziyə yaşıllıq zolaqları əkilib, qazonlar saplınıb.

Aparılan işlər çərçivəsində prospekt boyunca su, elektrik və qaz xəttlərinin yer altına salınması işi də aparılmaqdadır. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədov müxbirimizə bildirib ki, yaxın dövürdə işlər yekunlaşdırılacaq və ölkənin ikinci böyük şəhərinin ən iri prospektlərindən biri yeni simaya salınacaq.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə