Yeni inzibati cərimələr tətbiq edilir

Yeni inzibati cərimələr tətbiq edilir

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
SİA-nın məlumatına gör, monitorinqlər zamanı Nəsimi, Binəqədi, Qusar, Göyçay rayonlarında saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 270 kiloqrama yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati cərimələr tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə