"Azeronline" internet provayder şirkəti internet xidmətləri tariflərini endirib. Şirkətdən verilən məlumata görə, artıq provayderin 1, 2 və 4 meqabit\saniyə (Mbit/s) sürətlə internetə qoşulma xidmətlərindən istifadə üçün abunəçilər müvafiq olaraq 10, 15 və 20 manat ödəməli olacaqlar.
Bununla yanaşı, 6 və 8 Mbit/s sürətlə internetə qoşulma xidmətləri artıq 30 və 40 manat tarifi ilə təqdim ediləcəkdir.
Qoşulma haqqı pulsuzdur, lakin təkrar qoşulma olduğu təqdirdə 10 manat ödəniş tələb olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB