Bakı sürücülərinə şad xəbər

Yaxın günlərdə paytaxtın əsas prospektlərindən birində avtomobillərin hərəkəti bərpa olunacaq. Bu barədə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin verdiyi məlumata görə, hazırda Neftçilər prospektində əsaslı təmir işlərinin yekunlaşmasına az qalıb.

"Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən "Dalğa Plaza"ya qədər hissəsində artıq asfalt-beton örtüyü çəkilib. Əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Yaxın bir neçə gündə yol açılacaq", - deyə P.Mürsəliyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə