Ticarət dövriyyəsi 2,1 dəfə artıb

Bu gün Azərbaycan və Qazaxıstan sosial-iqtisadi, enerji, maliyyə və xarici siyasət sahələrindəki inkişafa görə MDB məkanında lider hesab olunurlar. SİA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov iki ölkə arasındakı diplomatik əlaəqlərin yaranmasının 20 illiyinə həsr olunan mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu 20 il ərzində ölkələr arasında bütün sahələr üzrə qarşılıqlı əlaqalər yaranıb. 20 illik tarixə nəzər salan səfir qeyd edib ki, aparılan birgə səylər nəticəsində ölkələr arasında iqtisadi və siyasi fəaliyyətin bütün sahələri üzrə irəliləyişlər əldə olunub: "Bu illər ərzində bütün sahələri əhatə edəb geniş hüquq müqavilə bazası yaradılıb. Ölkələr arasındakı dərin qohumluq köklərinə əsaslanan qardaşlıq əlaqələri bu gündə inkişaf etdirilməkdədir. Müxtəlif dövrlərdə təşkil olunan ikitərəfli səfərlər zamanı iqtisadiyyatıın müəyyən sahələri üzrə əməkdaşlıqlar müzakirə olunur. Bundan əlavə, iki tərəfin razılaşdırılmış mövqeyi Qazaxıstan və Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağdakı vəziyyətə baxışlarının eyni olduğu göstərir".

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 177,2 milyon dollar təşkil edib. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Azərbaycandan Qazaxıstana neft avadanlığı, müxtəlif növ ərzaq məhsulları idxal olunur. Qzaxıstandan idxal olunan məhsulalra isə taxıl, nüft məhsulları daxildir.

Hər iki ölkə tərəfdaşlığın və qarşılıqlı ticari-iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün potensiala malikdirlər. Bütün bunlar isə onu göstərir ki, qarşıda daha geniş əməkdaşlıq üfüqləri açılır.

Bütün xəbərlər Facebook səhifəmizdə