"Apple" ilə qalmaqalda olan Koreyanın "Samsunq Electronics" şirkəti ciddi böhranla üzləşib. ABŞ məhkəməsinin "Samsunq Electronics"in "Apple" mallarının plagiatı ilə məşqul olmasına dair çıxardığı qərar şirkətin səhmlərinin ucuzlaşmasına səbəb olub. Şirkət rəsmilərinin verdiyi açıqlamaya görə, səhmlərin dəyəri 7 faiz ucuzlaşıb.
Qeyd edək ki, Kaliforniya məhkəməsi "Samsuq"un ABŞ-ın patent qərarlarını pozması ilə bağlı hökm çıxarıb. Məhkəmənin qərarına görə, Koreya şirkəti 1 milyard dollar dəyərində cərimələnib. Bundan başqa "Apple" "Samsunq" mallarının satışına qadağa qoydurmağa hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB