Nefti bahalaşdıran səbəb nədir?

Avqustun 21-də Nyu-Yorkun əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,71 dollar və ya 0,7% artaraq 1 barelə görə 96,68 dollar təşkil edib. Avqustun 21-də London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,11 dollar və ya 1% artaraq 114,81 dollar olub. İqtisadçı ekspertlərin fikirincə dünya bazarında neftin ucuzlaşması müvəqəti xarakter daşıyır. Belə ki, 2009-cu ildə olduğu kimi qara qızılın qiymətində baş verən bahalaşma iqtisadi böhrana yol açmayacaq. Ekspertlərin fikirincə, neftin bahalaşmasının səbəbi siyasi faktorla bağlıdır. Belə ki, son dövrlarda yaxın şərqdə hərbi siyasi vəziyyətin gərginləşməsi iqtidasiyyatın bu sektoruna öz təsirini göstərməyə başlayıb. İqtisadçıların sözlərinə görə, qara qızılın bahalaşması müvəqqəti xarakterli olsa da, bahalaşma özünü qarşıdakı aylarda da göstərə bilər. Bundan başqa neftin bahalaşmasının digər səbəbi isə OPEK-in hasilatı azaltması ilə bağlı tədbirlər görməsi ilə əlaqədardır. Qeyd edək ki, bir ay bundan əvvəl dünya bazarında neft kəskin ucuzlaşırdı. Dünya neft birjalarında neftin bir bareli 102 dollar həddində idi. Əsas neft ixrac eden ölkələr gözlənilməz ucuzlaşmanın qarşısın almaq üçün tədbirləri intensivləşdirməyə başladı. Hətta hasilatı azaltmaq üçün dünyanın əsas neft istehsalçısı olan Səudiyyə Ərəbistanına müraciətlər olmuşdu. Neftin bahalaşmasının digər bir səbəbi isə Avropanın əsas enerji tədarükçüsü olan dövlətlərin alıcılıq qabiliyyətinin artmasııdr. Avropa İrandan enerji ixracını dayandırdıqdan sonra ciddi böhranla üzləşməmək üçün alternativ bazarlarla əlaqə qurmağa çalışır. Beləliklə, qitənin enerjiyə olan təlabatı neftin bahalaşmasına təsir edən əsas səbəbdir.

Bütün xəbərlər Facebook səhifəmizdə