Xaçmaz REŞ-də yenilik

Elektrik enerjisinin istehlakçılara itkisiz çatdırılmasında elektrik verilişi xətlərinin saz olması və yarımstansiyaların normal fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, cari ilin son üç ayında Xaçmaz Regional Elektrik Şəbəkə (REŞ) Müəssisəsinin balansına aid olan elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir işləri həyata keçirilib, 110 kilovoltluq (kV) Xaçmaz yarımstansiyasında transformatorlar yenisi ilə əvəz olunub. Nəticədə yarımstansiyanın gücü artmaqla yanaşı enerji verilişinin dayanıqlığı da yaxşılaşıb.

Təmir işləri müəssisənin110 kV-lik Quba, Qusar, Şabran və Siyəzən yarımstansiyalarında da həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə