Amerika Birləşmiş Ştatlarında işsizlik 8 faizdən 8,3 faizə yüksəlib. SİA-nın Birləşmiş Ştatların Əmək Nazirliyinin rəsmi məlumatına istinadən verdiyi məlumata görə, bu gün ölkədə 163 min işsiz insan var. İyul ayın bu rəqəm 64 min nəfər artıb.
Qeyd edək ki, ABŞ ən böyük işsizlik faizi aprel, may və iyul aylarında müşahidə olunub. Bu arada mövcud problemin həlli ilə bağlı bütün diqqət ABŞ-ın Federal Rezerv Sisteminə yönəlib. Belə ki, ölkədəki işsizlik probleminin aradan qaldırılması üçün Federal Rezerv Sisteminin əmək bazarına əlavə maliyyə vəsaiti buraxacağı gözlənilir. İqtisadçıların fikirinci, Birləşmiş Ştatlardakı işsizlik problemi ilin sonuna qədər davam edərsə, bu ölkədəki istehlak dinamikasına mənfi təsir göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB