"Royalbank" Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğundan bankın qorunan əmanətləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada kompensasiyalar ödənilməlidir. Azərbaycan Mərkəzi bankın verdiyi məlumata görə, qorunan əmanətlərin kriteriyaları qanunvericiliklə müəyyən edilib. Kompensasiyalar qorunan əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə ödənilir. Bu şərtlər hər bir əmanətçi ilə bağlanan əmanət müqaviləsində əks olunub. Mərkəzi bankın verdiyi məlumata görə, 1 avqust 2012-ci il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondu qanunvericiliyə uyğun olaraq seçilmiş müvəkkil banklar ("Muğan Bank" ASC, "AGBank" ASC və "Bank Respublika" ASC) vasitəsilə "Royalbank" ASC-nin qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Qalan əmanətlər, habelə banka qarşı bütün digər kreditor tələblər bankın yığılan aktivləri hesabına ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB