Bu ilin iyul ayına olan məlumata görə, 1 milyon hektar ərazidə əkilmiş payızlıq dənli və dənli paxlalı bitkilərinin 1,7 milyon tonunu buğda təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev SİA-ya açıqlaması zamanı bildirib ki, 900 min hektardan artıq ərazi artıq biçilib: "Buradan 2,5 milyon ton taxıl toplanıb. Rəsmi statiskaya görə, respublika əhalisinin buğdaya olan təlabatı 1,6 milyon tonunu təşkil edir. Proqnozlara görə isə ilin sonuna qədər 2,8 milyon ton taxılın istehsal olunacağı gözlənilir. Bununda 1,8-1,9 milyon tonunu ərzaq buğdası təşkil edəcək. Ümumiyyətlə isə daxili istehsal hesabına respublika əhalisinin ərzaq buğdasına olan təlabatının 80-85 faizi ödənəcək. Qalan 15 faizi isə idxal hesabına tamamlanacaq".
Nazirlik rəsmisinin sözlərinə görə, ölkəmizə taxıl Qazaxıstan, Rusiya və Ukraynadan idxal olunacaq. Dövlətin ərzaq təhlükəsizliyinə dair proqramına görə, 2015-ci ilə kimi ərzaq buğdasına olan təlabat daxili istehsal hesabına tam ödənəcək. Murtuzəli Hacıyev həmçinin qeyd edib ki, ötən illə müqayisədə buğda istehsalı 1,6 sentiner artıb: "Hazırda məsuldarlıq 26,6 sentiner təşkil edir. Bu göstərici qənaətbəxş deyil. Mütəxəssislərin fikirincə, taxıl intensiv yolla inkişaf etdirilməlidir. Burada tək əkin sahəsinin genişləndirilməsinin deyil, məhsuldarlığın artırılmasının da zəruri olduğu deyilir".
Murtuzəli Hacıyevin sözlərinə görə, bu gün Azərbaycanın iqlim şəraiti hektardan 5-6 ton məhsul əldə olunmasına imkan verir. Orta məhsuldarlıq 30-35 sentiner təşkil edərsə, daxili istehsal hesabına əhalinin ərzaq buğdasına olan təlabatı tam təmin oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB