Avrozona ölkələrinin emal sənayesində azalma qeydə alınıb. Avropanın bir sıra iqtisadi araşdırmalar şirkətinin yaydığı məlumata görə, Avrozonanın emal sənayesindəki satın almalar əvvəlki dövrlərlə müqayisədə azalıb. Belə ki, iyun ayında qeydə alınan 45,1 faizlik satın alma 2 faiz azalıb. Avropa Birliyinin rəsmi dairələrinin verdiyi açıqlamaya görə, sənayedəki azalma bilərəkdən edilir. Bunun məqsədi qitədəki böhranı nəzarətdə saxlamaqdır. Bundan başqa Avropa Mərkəzi Bankı böhranın aradan qaldırılması üçün yeni iqtisadi proqram üzərində çalışır. Proqrama İtaliya və İspaniyanın artan borclarının qarşısının alınması da əlavə olunub. Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqhi bildirib ki, Avrozonanı qorumaq üçün mühüm iqtisadi layihələr reallaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB