“Günəşli” yatağındakı Kompressor Stansiyası istismara qəbul edilib

“Günəşli” yatağındakı Kompressor Stansiyası istismara qəbul edilib

"Günəşli" yatağındakı 4 nömrəli Dərin Dəniz Özülündə inşa edilən Kompressor Stansiyası Dövlət Komissiyası tərəfindən istismara qəbul edilib. SİA-nın məlumatına görə, ARDNŞ-nin qaz proqramı çərçivəsində bu ilin əsas buraxılış obyektlərindən olan Kompressor Stansiyası vasitəsi ilə "Günəşli" yatağında hasil olunan aşağı təzyiqli səmt qazları yığılaraq "Neft Daşları"ndakı 2 saylı Sıxıcı Kompressor Stansiyasına, oradan isə sahilə nəql ediləcək.


Kompressor stansiyasının iki hissədən ibarət modulları (kompressor və soyuducu modullar) Zığ sahəsində yığılıb. Kompressor stansiyası 2 qazturbin mühərrikli mərkəzdənqaçma kompressor qurğusu və köməkçi avadanlıqlardan ibarətdir. Stansiyanın giriş təzyiqi 1,15 atmosfer və məhsuldarlığı sutkada 4 milyon kubmetr təşkil edir.


Qeyd edək ki, "Günəşli" yatağındakı 4 saylı Dərin Dəniz Özülü 1984-cü ildə tikilmiş, 1986-cı ildə əlavə olaraq 2 blokla genişləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə