Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin ilk yarısında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin analoji dövrünə nisbətən 10,4% artıb. Bundan başqa iyunun 22-i vəziyyətinə olan ilkin məlumatlara görə, 373,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 67,5 min hektarda dənli və dənli paxlalı bitkilər, 66 min hektarda kartof, 78 min hektarda tərəvəz bitkiləri, 30 min hektarda ərzaq üçün bostan bitkiləri, 29,1 min hektarda pambıq, 10,7 min hektarda dən üçün günəbaxan, 3,6 min hektarda şəkər çuğunduru, 1,5 min hektarda tütün, 79,6 min hektarda çoxillik otlar əkilib. Rəsmi məlumata görə, təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Belə ki, iyulun 1-i vəziyyətinə 606,6 min hektar dənli bitkilərin sahəsi biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 1 606,9 min ton taxıl mədaxil edilib. Hektarın orta məhsuldarlığı keçən ilə nisbətən 2 sentner artaraq 26,5 sentnerə yüksəlib. Bununla yanaşı, hesabat dövründə diri çəkidə 214,6 min ton ət, 856,4 min ton süd, 600,4 mln. ədəd yumurta istehsal edilib və 14,6 min ton qoyun yunu qırxılıb. Ötən ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 6,7 min ton və ya 3,2%, süd istehsalı 58,6 min ton və ya 7,3%, yumurta istehsalı 82,7 mln. ədəd və ya 16%, yun istehsalı isə 427 ton və ya 3% artıb.
Hesabat dövründə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 970,6 mln. manat olub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə onun sabit qiymətlərlə dəyəri heyvandarlıq məhsulları üzrə 5,5%, bitkiçilik məhsulları üzrə 17,5%, ümumi məhsul üzrə isə 10,4% artıb.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB