Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir.
"Azərenerji" ASC-nin Mətbuat xidmətinə istinadən SİA xəbər verir ki, "Oğuz Elektrik Şəbəkəsi"nin xidməti ərazisində keçirilmiş reydlər zamanı 19 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 25,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1,5 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə müəssisə üzrə 106 qayda pozuntusu faktı aşkar edilərək 2 milyon 141,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 128,5 min manatdan çox istehlak dəyəri bərpa edilib. Hesabat dövrü ərzində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin son üç ayında burada istehlakçıların elektrik enerjisi təminatının keyfiyyətinin və dayanıqlığının daha da yaxşılaşdırılması məqsədilə yenidənqurma, təmir-tikinti işləri həyata keçirilmişdir. Belə ki, sözügedən dövrdə 10 kV-lik "Şəhər", "B.Daşğıl", "Qumlaq" və digər hava xətlərində (HX) həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin 2,8 kilometrə yaxını da təmir edilib. Eyni zamanda 0,4 kV-lik xətlərin isə 1,7 kilometrdən artıq hissəsində təmir işləri aparılıb.
Onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan transformator məntəqələrinin (TM) 6-da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanılır. TM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir
Sonda onu da bildirək ki, enerji təchizatçıları növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB