İran Xəzər dənizinin şelfində 2 milyon barrellik yeni neft yatağı aşkarlayıb. Bu barədə xəbəri Press TV-yə İİR "Khazar Exploration and Production Co." (KEPCO) şirkətinin direktoru Əli Osuli verib.
Onun sözlərinə görə, yeni yataq Gilan əyalətindəki "Sərdar-e Canqal" neftqaz yatağının yaxınlığında tapılıb. Gündəlik hasilat 8 min barrel nəzərdə tutulur.
Gilan əyalətinin qubernatoru Mehdi Səadati isə bildirib ki, yaxın 2 il ərzində "qara qızıl" sahilə çıxarılacaq. Bindan başqa 6 min iş yerinin də açılacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB