\"Çıraq\" neft layihəsi işlərinin 70%-i artıq görülüb- FOTOSESSİYA
"Çıraq\" neft layihəsi çərçivəsində işlərin 70%-i artıq görülüb\". SİA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bu gün "Azfen" istehsalat sahəsində görülən işlərlə tanışlığı zamanı bildirilib.
Jurnalistlərlə görüşündə çıxışı zamanı qeyd edib ki, layihə çərçivəsində "Çıraq" yatağında əlavə yeni platformanın qurulması və burada əlavə neft hasilatına başlanması nəzərdə tutulur: "Ümumi dəyəri 6 mlrd. dollar təşkil edən "Çıraq" neft layihəsi çərçivəsində 360 mln. barel həcmində əlavə neft çıxarılacaq. Bu ilin sonunda "Çıraq" yatağında quraşdırılacaq platformanın dayaq bloku dənizdə nəzərdə tutulan yerdə, 2013-cü ilin aprelində isə platformanın üst hissəsi dənizə aparılaraq quraşdırılacaq. "Çıraq\" neft layihəsi çərçivəsində neft hasilatına 2013-cü ilin sonunda başlanacaq. Platforma 48 quyudan eyni vaxtda neft hasil etməyə imkan verir".
R. Abdullayev onu da vurğulayıb ki, bu vahid platformanın ümumi çəkisi 19200 ton təşkil edən üst tikililərinin 2013-cü ilin I yarısında dənizə yola salınması nəzərdə tutulub.
"Azfen" istehsalat sahəsində görülən işlərlə tanışlığı zamanı ARDNŞ prezidenti "Çıraq" neft layihəsinin tikinti işlərinin Azərbaycanda yerinə yetirildiyini və yerli işçi qüvvəsi tərəfindən həyata keçirildiyini yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB