“Akkord” Korporasiyasının əməkdaşlarına ali mükafatlar təqdim edilib - FOTO

“Akkord” Korporasiyasının əməkdaşlarına ali mükafatlar təqdim edilib - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində ölkə Prezidenti İlham Əliyevin 2012-ci il aprel ayının 10-da "İnşaatçılar Günü" münasibətilə imzaladığı 2151 saylı Sərəncamla fəxri ad və mükafatlara layiq görülmüş inşaatçıların qəbulu keçirilib. SİA-nın "Akkord Sənaye Tikinti İnvestidiya Korporasiyası" ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən verdiyi məlumata görə, tədbirdə respublikamızın inşaat-tikinti sektorunun liderlərindən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin müvafiq sərəncamla mükafatlandırılmış nümayəndələri - İsmayılov Aslan Çopur oğlu və Orucov Rəhman Əli oğlu da iştirak ediblər.


Prezident Sərəncamına uyğun olaraq Korporasiyanın İnfrastruktur Tikintisi Departamentinin körpü-tunel tikintisi üzrə direktoru Aslan İsmayılova "Əməkdar mühəndis" fəxri adının medalı və vəsiqəsi, həmin departamentin Texniki Şöbəsinin rəisi Rəhman Orucova isə, "Tərəqqi" medalı və vəsiqəsi təqdim edilib.


İyulun 4-də "Akkord" Korporasiyasının rəhbər və işçi kollektivi bu əlamətdar hadisə münasibətilə təşkil edilən korporativ tədbirdə oz həmkarlarını təbrik edib və onlara xatirə hədiyyələri təqdim ediblər.


Mükafata layiq görülmüş əməkdaşların icra etdikləri layihələrdən biri - "Heydər Əliyev, Babək və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində körpü-tunel kompleksi".

Bütün xəbərlər Facebook səhifəmizdə