Vüqar Bayramov: “ÜDM-in artmasında qeyri-neft sektorunun payı son illər daha çox artıb” - MÖVQE

"Azərbaycan-2020: "Gələcəyə baxış" inkişaf konsepsiyasına diqqət yetirsək görərik ki , burada daha çox iqtisadi məsələlər yer alıb. Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, Prezident İlham Əliyevin adı çəkilən konsepsiya ilə bağlı imzaladığı sərəncama əsasən, Azərbaycanın 2020-ci ildəki iqtisadi mövqeyi, eləcə də həmin mövqeyin əldə olunması və qorunub saxlanılması, bir sıra iqtisadi islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması burada öz əksini tapıb: "Həmçinin həmin təkliflərin hazırlanmasında tək dövlət qrumları deyil ictimai qurumlar, vətəndaş cəmiyyətləri, universitetlərin, hətta ekspertlərin də cəlb edilməsi müəyyənləşdirilib. Hesab edirəm ki, bu konsepsiya kifayət qədər ciddi sənədin motivasiyasını özundə əks etdirir. Adı çəkilən konsepsiya 2020-ci ilə 8 il qalmış Azərbaycan iqtisadiyyatını dəyərləndirirsə bu praktiki olaraq Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi deməkdir. Onu da nəzərə alaq ki, digər iki ölkə Gürcüstan və Ermənistan region iqtisadiyyatının 20 faizini təşkil edir. Bununla belə Azərbaycan iqtisadiyyatının hazırki durumunu qiymətləndirməklə yanaşı həmçinin digər problemlərin olmasına diqqət yetirmək lazımdır. İlk növbədə qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların dəvam etdirməsinə ehtiyac var. Bu ona görə vacibdir ki, gəlirlərin formalaşmasında neft sektorunun payı daha çoxdur. Maliyyə nazirliyinin rəsmi məlumatına görə, dövlət büdcəsinin 74 faizi neft sektorunun payına düşür. Həm büdcəsinin gəlirlərinə, həm ümumdaxili məhsulda qeyri-neft sektorunun payının artırılması və daha çox ağırlığı qeyri-neft sektoru sahəsində lazımi təkliflərin hazırlanmasını özündə ehtiva etməlidir. Əgər nəzərə alsaq ki, ümumidaxili məhsulun artmasında qeyri-neft sektorunun payı son illər daha çox artıb. Belə ki, Azərbaycaycnda qeyri-neft sektoru 2011-ci ildə 9,6 faiz artıb. Bu ilin birinci rübündə isə artım 7,7 faiz olub. Bu baxımdan hesab edirəm ki, qeyri-neft sektoruna ümumi bir sektor kimi baxmaq düzgün deyil. Bu sektor bir neçə sektordan ibarət bir sistemdir. Bu konsepsiya ilə müəyyənləşməlidir ki, Azərbaycan hansı sektorlarda müqayisəli üstünlüyə malikdir".


V.Bayramov həmçinin onu sözlərinə əlavə edib ki, "Azərbaycan-2020: "Gələcəyə baxış" inkişaf konsepsiyası eyni zamanda İnformasiya kommunikasiya texnolgiyaları (İKT) sektorunu , ümumidaxili məhsulda, bütövlükdə isə iqtisadiyyatda payın artırılmasını tələb edir: "Nəzərə alsaq ki, İnkişaf etmiş ölkələr (İEÖ) olan ABŞ-da hər 10 dollar dəyərin təxminən 7 dolları İKT-nn payına düşür, Azərbaycanda da innovasiyanın və İKT sahəsinin payının artırılması ilə bağlı işlərin görülməsinə ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə