Əbülfəs Qarayev Azərbaycanın turizm üçün əlverişli bölgələrindən danışdı
\"Azərbaycanın daxili turizmində daha çox tələb olunan bölgələr şimal, cənub və qərb bölgəsidir\". SİA-nın məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, yay mövsümündə əsasən İpəkyolu istəqaməti - Şəki, Qəbələ, Oğuza daha çox tələbat olur.
Şimal bölgəsinin sürətlə inkişaf getdiyini bildirən nazir bu bölgədə yeni otelin tikildiyini, yolun inşasının tamamlanmasını da qeyd edib: "Kür çayının ətrafında yerləşən təbiət guşələri çoxdur. Onların inkişafı üçün regional proqram mövcuddur. Yay mövsümündə o yerlərin çox isti olması ilə əlaqədar olaraq həmin yerlərə kiminsə gedilməsi məcbur edilə bilməz. Bu insanların öz seçimidir. Orada xüsusiləşdirilmiş turizm növləri - balıqçılıq, ovçuluq mövcuddur ki, bunlar daha çox payızda, yazda müşahidə olunur. Elə həmin mövsümdə də bu bölgəyə maraq daha çox olur".
Azərbaycanda otellərin təsnifatına gəlincə, nazir bildirib ki, bununla bağlı iş davam etdirilir: "Hər həftə bizə üç-dörd otel müraciət edir, təsnifat komissiyası gedir, bunun üçün hər hansı vəsait ödəməyə ehtiyac yoxdur. Bu sadəcə lazımi bir prosedurdur. Prosedurlar bizim mütəxəssislər, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyinin və digər qurumların nümayəndələrinin iştirak ilə həyata keçirilir. Sanki biz lisenziya verilməsinin artıq keyfiyyət mərhələsini keçiririk. Lisenziya əldə edən otel, bir həftədən və ya beş aydan təsnifatın müəyyənləşdirilməsi üçün müraciət edə bilər. Bu hal həm də qiymət siyasətinə müsbət təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB