3 mindən artıq vergi pozuntusu aşkarlanıb

May ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirlər zamanı 3151 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, 1541 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 402 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi məlum olub.

Bundan başqa, 202 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 562 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 208 vergi ödəyicisi tərəfindən 402 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 189 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 47 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 507 ədəd mal olduğu aşkarlanıb. Aşkar olunan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...