Ötən ay ölkənin kənd təsərrüfatı məhsulları bazarında ucuzlaşma qeydə alınıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 1,3%, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5% düşüb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3% artıb. May ayına olan göstəricilərə görə, armudun 3,5%, limonun 1,4%, fındığın 4,5%, albalı və gilasın 0,7%, çiyələyin istehsalçı qiymətləri 3,6% düşüb. Bundan başqa ət, toyuq və yumurta ucuzlaşıb.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə