Sabah Qaradağ rayonunun qaz təchizatında bir sıra məhdudiyyətlər yaranacaq. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" istehsalat Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 27 aprel tarixdə saat 10.00-dan etibarən "Qaradağ" Qazpaylayıcı Stansiyasından qidalanan "Duvannı" qaz kəməri vasitəsilə qaz nəqli dayandırılacaq.
Təmir işləri müddətində Qaradağ rayonunun Qaradağ stansiyası adlanan yaşayış massivinə, Sahil, Səngəçal, Ümid və Umbakı qəsəbələrinə təbii qazın verilməsində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB