Bu gün Bakıda Koreya Sənaye Avadanlıqları İstehsalçıları Assosiasiyasının (KOKIA) və Sənaye və Energetika Nazirliyinin (SEN) təşkilatçılığı ilə Azərbaycan-Koreya sənaye forumu keçirilib. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə bu qurumun, Koreyanın Bilik və İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və KOKIA-nın yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Tədbirdə iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Sonra Azərbaycanın sənaye sektorunun inkişaf planının və Koreyanın ticarət və layihələrin maliyyələşdirilmə proqramının təqdimatları keçirilib. Forumda, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti neft-qaz emalı və neft-kimya kompleksi layihəsinin icmalını təqdim edib.Tədbir çərçivəsində KOKIA ilə ASK arasında anlaşma memorandumu imzalanıb, Azərbaycan və Koreya şirkətləri nümayəndələrinin ikitərəfli görüşləri keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB