Azərbaycan və Avstriya gələcəkdə enerji və sənaye sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə müştərək işçi qrupu yaradacaq. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müvafiq razılıq Bakıda Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar federal nazirinin müavini Andreas Reyhardla görüşündə əldə edilib. görüş zamanı tərəflər enerji sahəsində əməkdaşlıq, müştərək layihələrdə iştirak məsələlərini müzakirə ediblər. Hər iki tərəf, həmçinin öz imkanlarının təqdimatını keçirib.
Bu sahədə 140 il təcrübəsi olan, dünyanın 16 ölkəsində nümayəndəliyə malik Avstriyanın PORR şirkəti Azərbaycanda tullantıların zərərsizləşdirilməsi, su elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrinin inkişafı sahəsində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB