Rövnəq Abdullayev: \"\"Ümid\" yatağının 2-ci quyusunun qazılması başa çatmaq üzrədir\"
ARDNŞ \"Ümid\" yatağına vəsait yönəldəcək. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda \"Ümid\" və \"Babək\" yataqlarında qazma işləri davam etdirilir və \"Ümid\" yatağının 2-ci quyusunun qazılması başa çatmaq üzrədir: \"Hazırda paralel olaraq 1-ci və 2-ci quyu qazılır. Bu işlər ARDNŞ tərəfindən aparılır və bura xarici investorlar cəlb olunmayıblar. Biz \"Ümid\" yatağının ARDNŞ-də qalmasını və bu işin şirkətimiz tərəfindən aparılmasını istəyirik. Maliyyə imkan verərsə, bu iş ARDNŞ tərəfindən həyata keçiriləcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB