ARDNŞ Gürcüstanda karbomid zavodu tikəcək

ARDNŞ Gürcüstanda karbomid zavodu tikəcək

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) paralel olaraq Azərbaycanda və Gürcüstanda karbomid zavodu tikəcək.SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.Onun sözlərinə görə, hazırda hər iki zavodun inşası üçün tender keçirilir. Yaxın aylarda tender başa çatdıqdan sonra zavodların tikintisinə başlanılacaq. Gürcüstanda bu zavodun tikintisi, həmçinin Qara dənizə çıxış üçün yer ayırıb. Azərbaycanda tikiləcək karbomid zavodu 700 min ton gücə malik olacaq. R. Abdullayev bildirib ki, Azərbaycanı kübrə ilə təmin etdikdən sonra, zavodun məhsulu Qara dəniz bazarına çıxarılacaq: \"İlkin hesablamalarımıza görə, Gürcüstanda bu zavodun tikintisindən sonra 1 milyon tona yaxın gübrə istehsal olunacaq ki, bu, Türkiyə və Qara dəniz bazarına gübrə ixracına imkan verəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə