"Paytaxtda yeni salınan yol tıxacların nisbətən aradan qaldırılmasına hesablanıb". Bunu SİA-ya açıqlamasında "Azəryolservis ASC"-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində salınan yeni yol Cavanşir körpüsü, eləcə də Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələrində olan tıxacların aradan qaldırılmasına kömək edəcək. "Yeni salınan yolun ümumi uzunluğu 550 metr, eni isə 11 metr olması nəzərdə tutulur. Bununla yanaşı avtomobillər asanlıqla Yusif Səfərov küçəsindən Azadlıq küçəsinə çıxa biləcəklər. Sözü gedən yol əvvəllər məhəllə daxili yol hesab edilirdi və gediş-gəliş burada mümkün deyildi. Hazırda yeni salınan yol xüsusi əhəmiyyət daşıyacaq ki, qismən də olsa bu istiqamətdə tıxacları aradan qaldıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB