Kompleks Qazma İşləri Trestinin "Abşeron" Qazma İşləri İdarəsi tərəfindən "Buzovna" yatağında 1376 nömrəli quyunun qazma işlərinə başlanılıb. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, H.Z.Tağıyev adına NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1900 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB