İsmət Abasov Qətərin Azərbaycandakı səfirinin qəbul edib

İsmət Abasov Qətərin Azərbaycandakı səfirinin qəbul edib

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Qətərin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd Al-Thani ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Qətər arasında ikitərəfli əməkdaşlıq əlaqələri müakirə olunub.

Görüşdə İsmət Abasov aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib. O deyib ki, Azərbaycan kənd təsarrüfatı sahəsində Qətər ilə əməkdaşlığa hazırdır.

Nazir \"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qətər Dövlətinin Ətraf Mühit Nazirliyi arasında Anlaşma Memorandumu\" layihəsinin yekun variantının Qətər tərəfinə təqdim olunması məqsədilə 2010-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərildiyini nəzərə çatdırıb.

Səfir fəaliyyəti dövründə aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişafında səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə