MTN ilə “Euronews” və “Travel Channel” telekanalları arasında müqavilələr yenilənib
Mədəniyyət və Turizm Nazirliyi (MTN) ilə "Euronews" və "Travel Channel" telekanalları arasında müqavilələr yenilənib. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən SİA-ya verilən məlumata görə, müqavilələrin yenilənməsi Azərbaycanın turizm potensialını əks etdirən 45 və 60 saniyəlik reklam çarxlarının "Euronews" və "Travel Channel" telekanallarında nümayiş olunması məqsədi daşıyır.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi "Euronews" telekanalı ilə 2006-cı ildən, "Travel Channel" telekanalı ilə isə 2008-ci ildən etibarən əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB