890 kq-a yaxın yararsız ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb

890 kq-a yaxın yararsız ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında növbəti monitorinqini keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Binəqədi rayonunda S.S.Axundov küçəsi, ev 85A ünvanında yerləşən \"Universal market\"də,

Səbail rayonunda Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi, ev 4 A ünvanında yerləşən \"Bizim market\"də və Yasamal rayonunda A.Sultanova küçəsi, ev 1 ünvanında yerləşən \"Dirol market\"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.

Səbail rayonunda Mətbuat prospekti, ev 2B ünvanında Qismət Hüseynova məxsus mağazada, Xəqani küçəsi, ev 15 ünvanında Gülnarə Məmmədovaya məxsus mağazada, Binəqədi rayonunda Gülüstan qəsəbəsi, döngə 15 ünvanında yerləşən \"İstanbul market\"də, S.Məmmədov küçəsi, 207 ünvanındakı \"Raul market\"də, Yasamal rayonunda H.Cavid prospekti, 501-ci məhəllə, ev 25 ünvanında Ramil Ağayevə məxsus mağazada, Alatava, ev 201 ünvanında yerləşən \"Kral\" mağazasında saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Şəki şəhərində M.Rəsulzadə prospektində yerləşən \"Elton market\"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

Ağdam rayonunda Mahrızlı kəndində Şəmsəddin Xanlarova məxsus mağazada, Qusar rayonunda Hil kəndində Əminə Vəlixanovaya və Suliddin Bədrunova məxsus mağazada, İmişli rayonunda Bakı küçəsində Zakir Qurbanova məxsus mağazada, Q.İsmayılzadə küçəsində Elman Haqverdiyevə məxsus mağazada, Şəmkir şəhərində S.Vurğun küçəsi, 142 ünvanında Elsevər Həsənliyə məxsus mağazada, Nizami küçəsi, 103 ünvanında Eldəniz Quliyevə məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 890 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə