Nəsimi və Yasamal rayonlarının bir hissəsinə mavi yanacaq məhdudiyyətlə veriləcək

Nəsimi və Yasamal rayonlarının bir hissəsinə mavi yanacaq məhdudiyyətlə veriləcək

Martın 4-də saat 11-00-dan "Yeni Bakqaz" ortatəzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu, B.Sərdarov küçəsində yolun genişləndirilməsi işlərinin aparılması ilə əlaqədardır.

Təmir işləri zamanı Səbail rayonuna, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə mavi yanacaq məhdudiyyətlə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə