261 kq keyfiyyətsiz şirniyyatın satışının qarşısı alınıb

261 kq keyfiyyətsiz şirniyyatın satışının qarşısı alınıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllə, ev 1A ünvanında Zəminə Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının (kətə, şəkərçörəyi, quru peçenye, ekler, paxlava, rulet, mutaki və s.) müvafiq reseptura olmadan istehsal edildiyi, habelə həmin şirniyyatların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib. Nazirliydən SİA-ya verilən məlumata görə, qanun pozuntuları ilə əlaqədar, şərq şirniyyatları istehsalının və aşkar edilmiş 261 kq şərq şirniyyatın satışının dayandırılması, habelə ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Zəminə Hüseynovaya icrası məcburi göstəriş verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə