Reynaers Alüminium şirkəti istehsal etdiyi malları yerli bazarda tanıtdırmaq üçün təqdimetmə mərasimi keçirib- FOTOSESSİYA

Reynaers Alüminium şirkəti istehsal etdiyi malları yerli bazarda tanıtdırmaq üçün təqdimetmə mərasimi keçirib- FOTOSESSİYA
Bu gün Reynaers Alüminium şirkəti istehsal etdiyi malları yerli bazarda tanıtdırmaq üçün təqdimetmə mərasimi keçirib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən şirkətin region üzrə direktoru Albertas Jerusevicius bildirib ki, şirkət yenilikçi və sabit memarlıq alüminium sistemlərinin aparıcı Avropa təchizatçısıdır: \"Azərbaycanın intensiv inkişaf edən tikinti və inşaat sektorunda fəaliyyətini bir neçə il bundan öncə başlayan Reynaers Alüminium bu sahədə bir çox uğurlu layihələr həyata keçirib. Bakının daha da gözəl və modern binalarla zənginləşməsində şirkətimiz yaxından iştirak edir və respublikanın öndə gedən memamrları ilə sıx iş birliyindədir\".


Daha sonra şirkətin fəaliyyəti haqqında video rolik nümayiş olunub.


Tədbirdə ölkənin öndə gələn memar və tikinti şirkətlərini bir araya gətirən Reynaers Aluminium gələcək plan və fəaliyyət proqramını açıqlayıb və yeni fasad, qapı- pəncərə sistemlərini ölkə bazarına təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə