Yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 4 milyon ton neft nəql edilib

Yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 4 milyon ton neft nəql edilib

2012-ci ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 4 milyon ton neft nəql edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə,nəqletmənin 77,1 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 3,1 milyon ton neft ötürülüb.


Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 318,2 min ton tranzit Türkmənistan nefti nəql edilib.

Magistral qaz kəmərləri ilə 2,1 milyard kub-metr və ya 20,6 faiz çox qaz nəql edilib. Nəql edilmiş qazın beşdə bir hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 434,7 milyon kub-metr qaz ötürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə