Ötən il Azərbaycanın dövlət müəssisələri bazasında 10 səhmdar cəmiyyəti yaradılıb. Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, 2011-ci ildə yaradılan SC-lərin 3-ü sənaye, 3-ü xidmət, 4-ü tikinti sektoruna aiddir.
Qeyd edək ki, kütləvi özəlləşdirmənin başlandığı 1996-cı ildən indiyədək dövlət müəssisələrinin bazasında 1 587 səhmdar cəmiyyəti yaradılıb. Bunların 432-si aqrar, 345-i sənaye, 238-i xidmət, 256-sı tikinti, 99-u ticarət, 197-si nəqliyyat, 20-si səhiyyə sahəsinə aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB