Xəzər rayonunda H.Hasilov küçəsi, ev 50 ünvanında Arif Mahmudova məxsus mağazada, Binə qəsəbəsində yerləşən "Milla market"də, "İsmayıl market"də, Şakir Hüseynova və Əbdül Salayevə məxsus mağazalarda, Türkan kəndi, H.Hacıyev küçəsi, ev 2B ünvanındakı "Bolluq market"də, Nəsimi rayonunda M.Qaşqay küçəsi, ev 36 ünvanındakı "S.E.V. market"də, S.Əsgərova küçəsi, 180/17 ünvanında yerləşən "Bizim market"də,Nərimanov rayonunda Təbriz küçəsi, ev 17 ünvanında Etibar Əliyevə məxsus mağazada, 4-cü tikinti meydançası ünvanında yerləşən "Miraj market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Sumqayıt şəhərində 9-cu mikrorayonda Kəmalə Məmmədovaya məxsus mağazada,
Zaqatala şəhərində H.Əliyev prospekti, ev 24 ünvanında yerləşən "Sevimli dad" mağazasında, Tovuz rayonunda Qovlar qəsəbəsində Siyavuş Hüseynova məxsus mağazada, Qəbələ rayonunda Vəndam qəsəbəsində Qəzalə Aslanovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.
Quba rayonunda Vəlvələ kəndində Kamran Məmmədova məxsus mağazada, Lənkəran şəhərində M.Axund küçəsində Elnur Cəfərova məxsus mağazada, Yevlax şəhərində Aran qəsəbəsində yerləşən "Kamil market"də, Tovuz rayonunda Qovlar qəsəbəsində Qəhrəman Quliyevə məxsus mağazada, Aşağı Quşçu kəndində Habil İsgəndərova və "Saladınlı" Kiçik Müəssisəsinə məxsus mağazalarda, Bərdə rayonunda Qaradəmirçi kəndində Mehman Əsgərova və Süleyman Əliyeva məxsus mağazalarda, Tərtər rayonunda E.Hüseynov küçəsində Fuad Ağayevə məxsus mağazada
isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 890 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB