\"Eurovison- 2012\"yə gələcək müəyyən insanlar üçün yerlərin bronlaşdırılması başa çatıb\"

\"Eurovison- 2012\"yə gələcək müəyyən insanlar üçün yerlərin bronlaşdırılması başa çatıb\"

\"Artıq \"Eurovison- 2012\" mahnı müsabiqəsinə gələcək müəyyən insanlar üçün yerlərin bronlaşdırılması başa çatıb\". SİA-nın məlumatına görə, bunu mədəniyyət və tuizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, nazirlik müsabiqəsi ilə əlaqədar ölkənin turizm sənayesinin iştirakçılarına tapşırıqlar verib: \"Bütün mehmanxana rəhbərləri ilə görüşlər keçirilib\".


\"Bununla Azərbaycan Turizm Assosiasiyası məşğul olur. Biz onlara dəstək veririk. Hazırda hotellərlə danışıqlar davam edir. Hotellərin keyfiyyətinin yüksəldilməsi, POS-terminalların quraşdırılması məsələsi ilə bağlı işlər görülür\", - nazir əlavə edib.



Bütün xəbərlər Facebook səhifəmizdə