Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında Light Sweet Crude Oil markalı neftin bir barelinin qiyməti 2,60 dollar artaraq 105,84 dollar təşkil edib. SİA-nın məlumatına görə, neftin qiyməti artaraq son doqquz ayda maksimum həddə çatıb. Neftin qiymətinin artması Aİ-nın Yunanıstana yeni kreditlərin verilməsinə dair qəbul etdiyi qərar və İran ətrafında gərginliklə əlaqələndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB