Fevral ayının 22-dəsaat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. SİA-nın BFB-nun rəsmi saytına istinadən məlumatına görə, notların dövlət qeydiyyat №-si 50100834S, ümumi həcmi 35 milyon manat, hərraca çıxarılan həcmi 20 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 26 gün, ödəmə tarixi 19 mart 2012-ci ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB