Bu gün Kürdəmirdə 9 saat qaz olmayacaq

Bu gün Kürdəmirdə 9 saat qaz olmayacaq
Kürdəmir rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. SİA-nın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, cari təmir işlərinin aparılması ilə əlaqədar sabah saat 9:00-dan 18-00-dək "Ağsu" qaz paylayıcı stansiyasından qidalanan "Kürdəmir" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri zamanı rayonun Sığırlı kəndi istisna olmaqla Kürdəmir şəhərinə, ətraf kənd və qəsəbələrə mavi yanacağın verilişində fasilələr yaranacaq

Bütün xəbərlər Facebook səhifəmizdə